Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2287

İndoneziya mədəniyyəti festivalının açılış mərasimi keçirildi

Sentyabrın 13-də Heydər Əliyev Sarayında İndoneziya mədəniyyəti festivalının açılış mərasimi keçirildi. Mərasimdən əvvəl tədbirə qatılan qonaqlar sarayın foyesində İndoneziya mədəniyyəti və incəsənətini əks etdirən sərgi ilə tanış oldular. İndoneziya təbiətini əks etdirən fotosərgi də maraqla qarşılandı.

Festivalın açılışında çıxış edən İndoneziyanın mədəniyyət və təhsil naziri Mühacir Əfəndi Azərbaycanda olmağından məmnunluğunu ifadə etdi. Bildirdi ki,  “Arxipelaqın ən zəngin mədəniyyətini yaşatmaq” devizi altında üçüncü dəfə təşkil edilən festival ildən-ilə daha maraqlı və zəngin proqramla təqdim edilir. Nazir diqqətə çatdırdı ki, builki festival İndoneziyanın müstəqilliyinin 73-cü ildönümünə təsadüf etməsi ilə də əlamətdardır.

Bildirildi ki, İndoneziya və Azərbaycan arasında münasibətlər qarşılıqlı şəkildə davam edir. Dünyanın ən böyük müsəlman əhalisi olan İndoneziya bütün dinlərə tolerant yanaşmaqda böyük məsuliyyət daşıyır və İSESCO ilə birgə layihələrdə yaxından iştirak edir. Azərbaycanla diplomatik və mədəni əlaqələrin yüksələn xətt üzrə inkişafı dünyada hər iki dövlətin qardaşlıq və sülh tərəfdaşı olmasına işarədir.

Tədbirdə çıxış edən Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev ölkə rəhbərliyi adından festivalda iştirak edən bütün qonaqları salamladı. Qeyd etdi ki, festival iki ölkə arasında münasibətlərin genişlənməsinə, bir-birimizi daha yaxşı tanımağa və gələcəkdə birgə layihələrin gerçəkləşməsinə şərait yaradacaq. Vurğulandı ki, Azərbaycan və İndoneziya iki dost ölkədir. Biz bütün beynəlxalq platformalarda vahid mövqedən çıxış edirik. 1992-ci ildən etibarən mövcud olan dövlətlərarası münasibətlərimiz ildən-ilə güclənir. İndoneziya Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə yaxından iştirak edir. Xüsusilə də İslam dünyasını birləşdirən İSESCO təşkilatı çərçivəsində reallaşdırılan layihələrdə bir-birimizə dəstək oluruq.

Nazir həmçinin Mühacir Əfəndiyə bu ilin iyununda Naxçıvanın “İslam mədəniyyətinin paytaxtı” elan olunması ilə bağlı rəsmi açılış tədbirlərində İndoneziya nümayəndə heyətinin rəhbəri kimi şəxsən iştirak etməsinə görə minnətdarlığını bildirdi.

Diqqətə çatdırıldı ki, İndoneziyanın Azərbaycandakı səfirliyi çox fəal mədəni proqramlar həyata keçirir: “Bu artıq üçüncü festivaldır  və əminəm ki, o da uğurla keçiriləcək, Azərbaycan xalqı İndoneziyanın qədim mədəniyyəti ilə yaxından tanış olmaq imkanı qazanacaq. İnanıram ki, ölkələrimiz arasında əlaqələr daim inkişaf edəcək və bu festival mədəniyyətlərin yaxınlaşmasına öz töhfəsini verəcək”.

Çıxışlardan sonra mərasim konsert proqramı ilə davam etdi. İlk olaraq İndoneziyadan gələn “Tubaba Pakem” rəqs qrupunun çıxışı izlənildi. Sonra tədbir İndoneziyanın məşhur caz musiqiçisi Diki Darmavan çıxış etdi. Azərbaycan Dillər Universitetinin azərbaycanlı tələbələri İndoneziyanın professional rəqqasları ilə birgə bu ölkənin ənənəvi və milli rəqs nömrələrini təqdim etdilər.

Qeyd edək ki, festival çərçivəsində Fəvvarələr meydanında sərgilər və müxtəlif tədbirlər keçiriləcək. Tədbirlərə qatılanlar İndoneziyanın kulinariyası ilə yaxından tanış olacaq və sərgilər vasitəsilə bu ölkənin mədəni irsini, müxtəlifliyini və gözəlliyini seyr edəcəklər. Festival çərçivəsində yarmarka da təşkil olunacaq ki, burada İndoneziyanın milli geyimləri, suvenirlər, əl işləri olan əşyalar, qəhvə və çaylar, digər məhsullar yer alacaq.

 

 

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib