Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3749

Novruz bayramı ilə əlaqədar paytaxtımızda möhtəşəm ümumxalq şənliyi keçiriləcək

Xalqımız hər il olduğu kimi, bu il də Novruz bayramını böyük təntənə ilə qeyd etməyə hazırlaşır. Bayram öncəsi, martın 19-da Dənizkənarı Milli Parkda keçiriləcək ümumxalq Novruz şöləni yenə rəngli görüntülərlə hər kəsə xoş ovqat bəxş edəcək. Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi ənənəvi bayram tədbiri də çal-çağırlı, bölgələrimizin bar-bərəkətli Novruz sovqatı, el sənətkarlığı nümunələri, zəngin milli mətbəximizin təqdimatı ilə yadda qalacaq.

Martın 16-da ümumxalq Novruz şənliyinin məşqi keçirildi. Məşq prosesinə müxtəlif mədəniyyət müəssisələri, incəsənət kollektivləri və ifaçılar qatılmışdı.

Hazırlıq prosesini yaxından izləyən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev builki bayram tədbiri haqqında jurnalistlərə müsahibə verdi.

Əvvəlcə xalqımıza bayram təbriklərini çatdıran nazir müavini bildirdi ki, Novruz bayramına həsr olunan şənliyin yüksək səviyyədə baş tutması üçün bütün lazımi işlər görülüb, aparıcı musiqi kollektivləri cəlb olunub, onların hazırlıq səviyyəsi yoxlanılıb: “Hər il Azərbaycanda Novruz bayramı dövlət səviyyəsində geniş şəkildə qeyd olunur. Bu il də bu ənənə davam edəcək, xalqımızın ən əziz bayramı - Novruz təntənəli şəkildə qeyd olunacaq. Hazırda Qız qalasının yanından başlayıb Dənizkənarı Milli Park boyunca davam edəcək şənliyin son məşqləri gedir. Bayrama hazırlıq yüksək səviyyədə davam edir. Bu il də Novruz bayramına həsr edilən bu möhtəşəm tədbir həm yerli sakinlərin, həm də xarici turistlərin marağına səbəb olacaq”.

Ədalət Vəliyev bildirdi ki, hər il Novruz bayramı ölkə Prezidenti cənab İlham Əliyev və  birinci xanım Mehriban Əliyevanın iştirakı ilə yüksək səviyyədə qeyd olunur: “Bu il də ənənə pozulmayacaq. Mədəni irsimizi, milli-mənəvi dəyərlərimizi, zəngin folklorumuzu, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı həm Bakıda, həm də bölgələrdə geniş qeyd ediləcək”.

Vurğulandı ki, Mədəniyyət və Turizm Nazirliyi ənənəvi olaraq bayram şənliyinin təşkilatçısı qismində çıxış edir. Bu il də respublikanın teatr, konsert müəssisələrinin, bədii özfəaliyyət kollektivlərinin iştirakı ilə geniş proqram hazırlanıb: “Azərbaycanın bütün regionlarının bədii özfəaliyyət kollektivləri, rayonların özünəməxsusluqları, mədəniyyət və incəsənəti nümayiş olunacaq. Burada həmçinin Azərbaycan xalqının mətbəx mədəniyyəti, xalça nümunələri, aşıq və muğam sənətləri də ayrıca stendlərdə geniş şəkildə təqdim olunacaq”.

Ədalət Vəliyev qeyd etdi ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Fəvvarələr meydanında bayram günlərində səhər saat 11-dən axşam 7-dək həm regionlardan gələn bədii özfəaliyyət kollektivlərinin, həm də Bakıda fəaliyyət göstərən professional kollektivlərin iştirakı ilə konsert proqramları təqdim olunacaq.

Ənənəvi olaraq şənliyə Dədə Qorqud xeyir-dua verəcək, Bahar qızı iştirakçıları salamlayacaq. Novruz personajları Kosa və Keçəllə bağlı səhnəciklər, xalq dastanları və nağıl qəhrəmanlarının bir araya gəlməsi mərasimə xüsusi şuxluq gətirəcək.

Azərbaycan Dövlət Akademik Filarmoniyasının rəqs kollektivi, mahnı və xalq çalğı alətləri kollektivləri, rəqs qrupu, Bakı Xoreoqrafiya Akademiyasının tələbələri, Dövlət Uşaq Filarmoniyasının üzvləri və rayonlardan gələn ayrı-ayrı bədii özfəaliyyət kollektivləri də bayrama rəng qatacaqlar.

Diqqətə çatdırıldı ki, Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi də Novruz şənliyinin təşkil olunmasında yaxından iştirak edir.

Vurğulandı ki, Novruz şənliyində bu il Bakıda keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-prisinə həsr olunmuş xüsusi stendlər də nümayiş etdiriləcək.

Sonda Ədalət Vəliyev bayram şənliyinin yüksək səviyyədə keçirilməsi, məşq prosesində nəzərə çarpan nöqsanların aradan qaldırılması üçün müvafiq tapşırıq və tövsiyələrini verdi.

Qeyd edək ki, Novruz şənliyi çərçivəsində ölkəmizin bütün regionlarını əhatə edən və ənənəvi olaraq nümayiş olunan yarmarkada bayram sovqatları, mədəni irs, sənaye məhsulları, mətbəx nümunələri, xalq tətbiqi sənəti örnəkləri sərgilənəcək.

Bayram günlərində Dənizkənarı Milli Park gücləndirilmiş iş rejimində işləyəcək. Həmçinin paytaxtın muzeyləri, teatrları və digər mədəniyyət müəssisələri də gücləndirilmiş iş rejimində fəaliyyət göstərərək şəhər sakinlərinə və qonaqlara xidmət edəcək. Bulvardakı “Saat” qülləsinin qarşısında erkən saatlardan başlanacaq bayram konserti axşam saatlarınadək davam edəcək.

Bir sözlə, hazırlanan zəngin bayram proqramı tədbirə qatılacaq paytaxtımızın sakinlərinə və şəhərimizin qonaqlarına əsl bayram əhval-ruhiyyəsi yaşadacaq.

Onu da bildirək ki, 2009-cu ildə Novruz bayramı UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib. 2010-cu ildə isə Azərbaycan, Albaniya, Əfqanıstan, Makedoniya, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Türkiyənin təşəbbüsü ilə BMT Baş Assambleyası tərəfindən 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan edilib.

XƏBƏRLƏR

19.03.2019 17:35
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib
19.03.2019 15:28
“Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1506-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
19.03.2019 11:16
Mədəniyyət naziri Novruz bayramı münasibətilə ölkəmizin mədəniyyət ictimaiyyətini təbrik edib
19.03.2019 10:10
“Yurdumuza Bahar Gəlir” adlı respublika uşaq rəsm müsabiqəsi keçirildi
19.03.2019 10:01
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti Hüseynağa Sadıqovun 105 illiyi qeyd olunub
19.03.2019 09:05
Mədəniyyət naziri Əbülfəs Qarayev media nümayəndələri ilə əməkdaşlığa görə Fəxri diploma layiq görülüb
18.03.2019 17:28
Bədii, sənədli və animasiya filmi ssenariləri müsabiqəsi elan olunub
18.03.2019 17:25
"Testene Art Baku" III Beynəlxalq İncəsənət festival – müsabiqənin Qala konserti keçirilib
18.03.2019 16:25
“Paris Notr-Dam kilsəsi” Akademik Musiqili Teatrında
18.03.2019 16:07
Mədəniyyət naziri “Gündəm” televiziya proqramının qonağı olub
18.03.2019 14:52
Masallıda Möhtəşəm Bahar Festivalı Keçirilir.
18.03.2019 14:39
Görkəmli xanəndə Xan Şuşinskinin xatirəsi anıldı
18.03.2019 14:22
Bərdə Regional Mədəniyyət İdarəsi Günərzi Qayğı Mərkəzində olub.
18.03.2019 10:18
Orta əsr musiqisi və alətləri tarixinə həsr olunmuş dəyirmi masa təşkil edilib
18.03.2019 10:15
Müasir İncəsənət Muzeyində Xalq rəssamı Qəyyur Yunusun yubiley sərgisi açılıb
16.03.2019 12:21
Bu gün caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin doğum günüdür
16.03.2019 12:19
Jurnalistlər “Sevgi və etiraz” sərgisi ilə tanış olub
16.03.2019 12:14
Bakı Milli Geyim evi “Ənənədən gələcəyə” adlı dəfiləni təqdim edib
16.03.2019 11:57
Xalq artisti, ustad xanəndə Xan Şuşinskinin məzarı ziyarət olunacaq
15.03.2019 17:43
Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri ilə görüşdü
15.03.2019 17:16
Heydər Əliyev sarayında “Min bir gecə” baleti nümayiş etdiriləcək
15.03.2019 16:50
Ustad xanəndə Hacıbaba Hüseynovun xatirəsi yad olundu