Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3134

UNESCO-nun Baş qərargahında Novruz Bayramı qeyd olunmuşdur

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Yunesko yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə Novruz bayramının UNESCO-nun Qeyri- Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə UNESCO-nun Baş gərargahında təntənəli tədbir keçirilmişdir.

Tədbirdən əvvəl Azərbaycan Respublikasının Yunesko yanında Daimi Nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov çıxış edərək, xalqımız üçün əziz olan Novruz bayramının birlik, mehribanlıq və mərhəmət kimi dəyərləri özündə ehtiva etməsi haqqında danışmışdır. Səfir, UNESCO-nun yaxınlaşma, dialoq və qarşılıqlı anlaşma kimi missiyasına uyğun olduğu üçün Novruzu UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahıya təqdim olunması və 2009-cu ildən həmin siyahıya daxil edilməsi haqqında məlumat vermişdir.

Eyni zamanda Novruz bayramında muğam konsertinin təşkil edilməsinin də təsadüf olmadığını vurğulamış və muğamın da UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi şah əsərləri siyahısı”na daxil edilməsi bildirmişdir. Daha sonra, Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək, Novruz bayramının baharın gəlməsinin müjdəçisi olmaqla yanaşı, eyni zamanda sülh, dostluq və əmin-amanlığı təbliğ etdiyini vurğulamışdır. Nazir müavini Novruz bayramının tarixindən, ölkəmizdə keçirilməsi ənənələri barədə çıxış edərək, muğam musiqisinin fəlsəfəsindən, tarixindən, insanlara bəxş etdiyi hisslərdən və onun dərin köklərə malik olmasından danışmışdır.

Sevda Məmmədəliyeva konsertdə Azərbaycanın görkəmli muğam ustası, UNESCO-nun Beynəlxalq Musiqi Şurasının birinci mükafatına layiq görülmüş Alim Qasımov tərəfindən dünya şöhrətli, dahi Azərbaycan şairləri Nizami Gəncəvi, İmadəddin Nəsimi və Məhəmməd Füzulinin qəzəllərindən muğam ifa olunacağını qeyd etmişdir.

Çıxış zamanı nazir müavini UNЕSCО-nun görkəmli şəxsiyyətlərinin və əlаmətdаr hadisələrin yubileyləri siyahısına daxil edilən böyük şair və mütəfəkkir Məhəmməd Füzulinin vəfatının 500-cü ildönümü və İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümünün UNESCO-nun Baş gərargahında qeyd olunması haqqında da qısa məlumat vermişdir. Sonda Zəki Vəliyev (tar), Cavidan Nəbiyev (dəf) və Mirsəid Xavərin (kamança) müşayiəti ilə Azərbaycan Xalq artisti Alim Qasımovun ifasında dünya şöhrətli Azərbaycanın dahi şairləri Nizami Gəncəvi, İmadəddin Nəsimi və Məhəmməd Füzulinin qəzəllərindən ibarət muğam parçaları səsləndirilmiş və böyük ekranda Azərbaycanın qədim, zəngin və rəngarəng miniatür sənət nümunələri nümayiş edilmişdir. Muğam ustadı Alim Qasımov həmişə olduğu kimi dinləyicilərin qəlbini fəth etmiş və ecazkar ifası ilə musiqisevənlərin ruhunu oxşamışdır.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib