Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1474

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi ölkəmizdə fəaliyyət göstərən ən aktiv və qabaqcıl məktəblərdən biridir

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi ölkəmizdə fəaliyyət göstərən ən aktiv və qabaqcıl məktəblərdən biridir.  Bu məktəbdə hər il mütəmadi olaraq istedadlı şagirdlər yetişir. Ənənəvi olaraq hər il istedadlı şagirdlərimiz Azərbaycan ifaçılıq məktəbini ölkəmizdən kənarda layiqli şəkildə təmsil edərək, Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin adını daim uca tutmuşlar. 

Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Əmrinə əsasən 2017/2018-ci il tədris ilinin birinci günü-2017-ci il 15 sentyabr tarixində məktəb və mərkəzlərdə “Bilik günü”nün yüksək səviyyədə qeyd olunmasını, ilk dərsin Azərbaycan xalqının ümummilli lideri, Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunması nəzərdə tutulmuşdur.

Başa vurduğumuz tədris ilində əldə etdiyimiz yüksək nailiyyətlərimizi xatırlatmaq istərdik və bu uğurlarımız bizə yeni tədris ilində  nöbvəti qalibiyyətlər qazanmaq stimulunu verir.Belə ki, Cavid Yusifzadə (fortepiano) , Səbinə Rzazadə (fortepiano), Jalə Quliyeva (fortepiano) , Nərgiz Əliyeva (fortepiano) , Münəvvər Alıyeva (fortepiano) , Murad Əlizadə (skripka), Nuray Seyid (skripka) , Zərrin Əliyeva (skripka), Ümid Mustafayev (skripka) , Lalə İbrahimova (vokal) , Fizzə Əlizadə (kamança), Nəzrin Cəfərzadə (kamança) , Orxan Əliyev (kamança) , Zakir Allahverdili (qoboy) , Leyla Haşımova (qanun) , Kənan Namazov (tar) kimi  məktəbimizin bir çox istedadlı şagirdləri Respublika və Beynəlxalq müsabiqələrdə  yüksək yerlərə layiq görülərək diplomlarla təltif olunmuşlar. 2016-cı ilin iyun ayında Kaunasda  VI  Beynəlxalq “Gradus ad Parnassum”adlı müsabiqədə Cavid Yusifzadə I yerə layiq görülərək, bir daha özünü mükəmməl, virtuoz ifaçı kimi təsdiq etməyə müvəffəq olmuşdur. Bundan başqa o, Cenevrə şəhərində Ədilə Əliyeva adına Pianoçuların XI Beynəlxalq Müsabiqəsində mükəmməl çıxışına görə laureat və “Gənc istedad”adına layiq görülərək Alfred Korto adına Paris Konservatoriyasında təhsil almaq hüququ qazanmışdır. Digər istedadlı şagirdimiz Səbinə Rzazadə isə Kanadada Brandon Universitetinin musiqi şöbəsinə daxil olmuşdur.

          Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2017-ci ilin aprel ayında keçirdiyi Uşaq xor kollektivlərinin IX respublika müsabiqəsində Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor kollektivi Qran-Pri mükafatına layiq görüldü. Daha bir qürurumuz “Alov” rəqs kollektivi Moskvada keçirilən Avropa Rəqs Çempionatında  birinci yeri qazandılar.

        Həmçinin bu musiqi ocağının istedadlı şagirdləri Zərrin Əliyeva (skripka), Lalə İbrahimova (vokal), Yasin Həsənov(vokal), Cavid Yusifzadə (fortepiano) Prezident təqaüdünə layiq görülmüşlər. Qeyd etdiyimiz bu uğurlu nəticələrimizin sübutu kimi məktəbimizin bu ilki məzunlarının (Mirhüseynxan Talışınski /saksafon/ , Murad Əlizadə /skripka/ , Mədina Bağırova /fortepiano/ , Nəzrin Cəfərzadə /kamança/  , Səma Həsənəliyeva /fortepiano/ ) Bakı Musiqi Akademiyasına və Azərbaycan Dövlət Milli Konservatoriyasına yüksək ballarla daxil olmalarını göstərə bilərik.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin 80 illik yubileyi ilə əlaqədar olaraq qarşıda bir çox silsilə konsertlər və tədbirlər nəzərdə tutulur.  Dekabr ayının 15-20 tarixində bu yubileylə bağlı  Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bütün alətlər üzrə Beynəlxalq müsabiqəsi və Qara Qarayevin 100 illiyinə həsr olunmuş II Beynəlxalq müsabiqəsinin keçirilməsi planlaşdırılır. Bir çox görkəmli bəstəkarlarımız və musiqiçilərimizin yubiley tədbirləri qeyd ediləcək. Eləcə də respublikamızda fəaliyyət göstərən mötəbər konsert salonlarında konsertlər keçiriləcək. Məktəbimizin istedadlı şagirdləri bir çox Respublika müsabiqələrində , o cümlədən, Habil Əliyev adına II Respublika müsabiqəsində iştirak edəcəklər. Daima yüksək nailiyyətlər əldə etmiş “Alov” rəqs kollektivimiz isə respublikamızda keçiriləcək rəqs müsabiqəsinə qatılacaq.

XƏBƏRLƏR

25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!