Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2516

Qazaxda Xalq şairi Məmməd Arazın anadan olmasının 85 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirildi

11 oktyabr 2018-ci il tarixində Qazax rayon E. Hüseynov adına Mərkəzi Kitabxana tərəfindən Azərbaycanın Xalq şairi Məmməd Arazın anadan olmasının 85 illiyi ilə əlaqədar “İstiqlal şairi –Məmməd Araz” adlı fləşmob keçirib.

Tədbirdə kitabxananın Uşaq şöbəsinin əməkdaşları Məmməd Araz poeziyası barədə şəhər sakinlərinə məlumat verdilər. Fəal oxuculardan bir qrupu şairin “Dünya mənim, dünya sənin” , “Ata millət, ana millət, ağlama”, “Ayağa dur Azərbaycan”, “Bizi vətən çağırır” və başqa şeirlərini söylədi, latın və kiril qrafikası ilə nəşr olunmuş kitablarını nümayiş etdirdilər.

Tədbir tamaşaçılar tərəfindən maraqla qarşılandı.

 

***

 

Qazax rayon MKS-nin təşkilatçılığı ilə Nəriman Nərimanov qəsəbə kitabxana filialı Xalq şairi Məmməd Arazın anadan olmasının 85 illiyi münasibətilə “Vətən mənə oğul desə nə dərdim” adlı məruzə keçirilmişdir.

Tədbirdə mədəniyyət  işçiləri və fəal oxuculardan bir qrup iştirak etmişdir. Tədbiri kitabxana filialın əməkdaşı Firuzə Vəliyeva açaraq Məmməd Arazın həyat və yaradıcılığından danışmış, şairin “Əməkdar mədəniyyət işçisi”, “Əməkdar incəsənət xadimi”, “Xalq şairi” fəxri adlarına, dövlət mükafatına layiq görüldüyünü və “İstiqlal” ordeni ilə təltif edildiyini bildirmişdir. Qeyd etmişdir ki, görkəmli söz ustadının xatirəsi indi də əziz tutulur.  

Tədbir zamanı kitabxanaçı Cahan Qasımova, Folklor evinin müdiri Səlminaz Qurbanova məruzə ətrafında şairlə bağlı fikirlərini bölüşüblər.

Sonda fəal oxuculardan Osmanova Nahidə, Həsənova Simuzər, Hacılı Cəfər, Əliyeva Rəna Məmməd Arazın şeirlərini söyləyiblər.

 

***

 

Görkəmli şairin yubileyi çərçivəsində daha bir tədbir Qazax şəhər 1 nömrəli kitabxana filialı tərəfindən keçirilmişdir.

Kitabxana filialında “Yeni kitablar” adlı sərgi təşkil edilmişdir. Sərgidə Qazax şəhər S. Vurğun adına 2 nömrəli tam Orta Məktəbin müəllim və şagird kollektivindən ibarət qrup iştirak etmişdir.

Sərgidə Azərbaycan və dünya yazarlarının əsərləri nümayiş edilmişdir. Kitabxana filialın müdiri Fəridə Xudiyeva tədbir zamanı kitabın rolundan söz açmış, sərginin əhəmiyyətini vurğulamışdır. Bildirmişdir  ki, sərginin məqsədi uşaqlarda kitaba sevgi aşılamaq, mütaliəyə həvəsləndirmək, onları milli dəyərlərimizə bağlamaq və bu dəyərlərimizi yaşatmaq, ölkəmizdə son illərdə nəşr olunan  kitablarla  tanış etməkdir.

Tədbirdə kitabxana filialının əməkdaşı Sevinc Nəbiyeva çıxış edərək kitabın, mütaliənin əhəmiyyətindən, uşaqlar üçün kitabların onların gələcəkdə müstəqil Azərbaycanımıza layiq bir vətəndaş kimi böyüməsindən, dünyagörüşlərinin formalaşmasındakı rolundan danışmışdır. 

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olmuşlar. “Nağıllar aləmində”, “Sizin sevimli yazıçılarınız”,  “Azərbaycan - yurdum mənim”  və s. başlıqları altında tərtib olunan sərgi maraqla qarşılanıb.  Qeyd edək ki, tədbirin sonunda kitabxanaya yeni oxucular üzv yazılmışdır.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib