Qusar Tarix Diyarşünaslıq muzeyində “Mel” folklor kollektivi ilə birlikdə “Elimizə Novruz gəlir” adlı tədbir keçiriib.Tədbirdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin əməkdaşları David İbramxəlilov, Söhrab Əmrahov, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Xatirə Nağıbəyova Novzur bayramı, habelə adət ənənələr haqqında ətraflı məlumat verdi. Daha sonra çıxış edənlər tədbirin əhəmiyyətindən, regionda Novruz bayramı ilə əlaqədar keçirilən silsilə tədbirlərdən danışdılar.
Tədbir bədii hissə ilə davam etdi, “Mel” folklor ansamblının ifası dinlənildi və Qusar Uşaq İncəsənət məktəbinin rəqs qrupu çıxış etdi.
Sonda tədbir iştirakçıları milli mətbəx nümunələri və əl işlərindən ibarət satış sərgisi ilə tanış oldular.