Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3556

Rusiya Federasiyasının Tula şəhərində MDB ölkələrinin gənclərinin Mədəniyyət Forumu keçirilmişdir

Müstəqil Dövlətlər Birliyində mədəniyyət ili çərçivəsində 13-16 may 2018-ci il tarixində Rusiya Federasiyasının Tula şəhərində “Gələcəyə istiqamətlənmiş birlik: mədəniyyət, ənənələr, müasirlik” mövzusunda MDB ölkələrinin gənclərinin Mədəniyyət Forumu keçirilmişdir.

Forumda Rusiya Federasiyasından, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, Özbəkistan və Ermənistan Respublikasından əlli nəfərdən çox nümayəndə iştirak etmişdir. Forum çərçivəsində sessiya iclaslarında MDB-də  mədəniyyət ili: tendensiya və perespektivlər, mədəniyyət sahəsində könüllülük, gələcəyin şəhərləri, musiqi, teatr, rəqəmsal mədəniyyət və digər məsələlərlə bağlı  müzakirələr aparılmış, habelə rəsmi görüş və bədii proqramlar təşkil olunmuşdur.   Forumun  mərkəzi mövzusu gənc istedadların inkişafında dövlət dəstəyinin əhəmiyyəti, onların humanitar sahədə əməkdaşlıqlarının təşviq edilməsi, gənclərin  milli və ümumbəşəri mədəni dəyərlər vasitəsilə qarşılıqlı hörmət ruhunda tərbiyəsi və s. olmuşdur.  Ölkələrin nümayəndə heyətlərinin tərkibinə qatılmış gənc istedadlar  Tula vilayətinin Venev rayonundakı Beynəlxalq Mədəniyyət Mərkəzinin açılışında iştirak edərək öz milli musiqi, rəqs, vokal sənətindən nümunələr göstərmişlər

Forum çərçivəsindəki tədbirlərdə ölkəmizi Mədəniyyət Nazirliyinin Elm, təhsil və gənclərlə iş şöbəsinin məsləhətçisi Vüqar Baxışov,  Azərbaycan  Dövlət Rus Dram Teatrının rejissoru Tural Mustafayev, Azərbaycan Dövlət Akademik Filarmoniyasının Dövlət Rəqs Ansamblının konsertmeysteri, Əməkdar artist Vüqar Camalzadə, Azərbaycan Dövlət Rəsm Qalereyasının şöbə müdiri Əminə Manafova, Azərbaycan Milli Konservatoriyasının tələbələri, Prezident təqaüdçüləri Nicat Məsimov (balaban) və Nihat Orucov (milli vokal), habelə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin əməkdaşı Vüqar İmaməliyev təmsil etmişdir.

XƏBƏRLƏR

13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
01.02.2024 11:48
Mədəniyyət naziri xaricdə mədəniyyət sahəsi üzrə təhsil almış və təhsilini davam etdirən şəxslərlə görüşüb
29.01.2024 08:53
Bölgələrdəki teatr-tamaşa və konsert müəssisələrinin fəaliyyətinə həsr olunan müşavirə keçirilib