Sankt-Peterburq Musiqi Liseyinin Beynəlxalq müsabiqələr laureatları və müəllimlərindən ibarət nümayəndə heyəti Bakıda silsilə konsertlər və ustad dərsləri keçirir
19 aprel 2018-ci il tarixində Sankt-Peterburq Musiqi Liseyinin Beynəlxalq müsabiqələr laureatları və müəllimlərindən ibarət nümayəndə heyəti Bakıya gələrək, burada silsilə konsertlər və ustad dərsləri keçirir.
20 aprel 2018-ci il tarixində saat 15:00-da L.və M.Rostropoviçlər adına 21 saylı UMM-də konsert keçirilməsi nəzərdə tutulub. Konsertdən sonra saat 16:30-da U.U.Lobikovanın iştrakı ilə fortepiano aləti üzrə ustad dərsi keçiriləcək. 21 aprel 2018-ci il tarixində saat 18:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən konsertdən öncə Q.Qarayev adına Mərkəzi İncəsənət məktəbi və Sankt-Peterburq Liseyi arasında əməkdaşlıq müqaviləsi imzalanacaq.
Əziz musiqisevərlər! Hamınızı qeyd olunan tarixlərdə keçirən konsertlərə və ustad dərslərinə dəvət edirik.