İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə kino mövsümünün açılışı ilə əlaqədar silsilə tədbirlər keçirib.
İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində baş tutan tədbirdə
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elnur Hüseynov çıxış edərək kino sahəsinin inkişafına yönəlmiş layihə barədə ətraflı məlumat verib.
Bildirib ki, ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Elnur Hüseynov qeyd edib ki, regionlarda film nümayişi işinin təşkili və inkişaf etdirilməsi məqsədilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev əmr imzalayıb: “Əmrə əsasən, hər il sentyabrın 15-i ölkəmizdə kino mövsümünün başlanğıcı kimi qeyd olunacaq. Bu tarixdən başlayaraq regionlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində, mədəniyyət saraylarında, eyni zamanda film nümayişi üçün müvafiq imkanları olan digər mədəniyyət müəssisələrində ekran əsərləri nümayiş etdiriləcək. Bununla da Bakıda və regionlarda milli filmlərin nümayişi müntəzəm olaraq həyata keçiriləcək”.
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan digər rayonlarda da kino mövsümünün açılış günü qeyd olunub. Milli fillər nümayiş olunub.