“Sumqayıt-70” layihəsi çərçivəsində “Təsviri yaradıcılıq görüşləri” adlı plener keçirilib
2044
21.06.2019
21.06.2019 03:09
Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Sumqayıt-70” layihəsi çərçivəsində Sumqayıt Dövlət Rəsm Qalereyası tərəfindən “Təsviri yaradıcılıq görüşləri” adlı plener keçirib.
Plenerin keçirilməsində məqsəd müəllimlər və gənc rəssamlar arasında sənət mübadiləsi aparmaqdır.
Sumqayıt şəhər Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin rəsm dərnəyinin, eləcə də, 15 və 35 saylı orta məktəbin rəsm sinfinin müəllim və şagirdlərinin qatılıldığı plenerdə rəssam və şagirdlər sərbəst mövzu və texnikalarda maraqlı rəsmlər işləyiblər.
Sonra təsviri sənət mövzusunda müzakirələr aparılıb.
Şagirdlərin sərbəst mövzuda işlədiyi rəsmlər sakinlər tərəfindən maraqla qarşılanıb.