Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1850

Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində Milli musiqi günü münasibətilə silsilə tədbirlər keçirilib

Sumqayıt şəhər Q.Qarayev adına Uşaq Musiqi məktəbində keçirilən tədbirdə məktəbin fortepiano, violin, xalq çalğı alətləri şöbəsinin şagird və müəllimləri musiqi nümunələri ifa ediblər. Tədbirdə Ü.Hacıbəyli və onun davamçıları olan bəstəkarların da əsərləri səslənib.

Ə.Bakıxanov adına uşaq incəsənət məktəbində keçirilən tədbirdə Bilik günü və Milli musiqi günü münasibətilə məktəbin direktoru Vaqif Süleymanov muellim və şagird kollektivini təbrik edib, xoş arzularını çatdırıb. Daha sonra Milli usiqimin tarixi, dahi bəstəkar Üzeyir Hacıbəylinin həyatı və fəaliyyəti haqqında geniş məlumat verilib, əsərləri ifa olunub.

 F.Amirov adina uşaq musiqi məktəbində keçirilən tədbirdə milli musiqimizin tarixindən bəhs edilib, dahi bəstəkar Ü.Hacıbəyli haqqinda geniş məlumat verilib, əsərlərindən parçalar ifa edilib.  

S.Vurğun adına Mərkəzi Kitabxananın İncəsənət şöbəsində “Azərbaycan musiqisi və musiqiçiləri” adlı viktorina keçirilib.Tədbirdə dahi bəstəkar Üzeyir Hacıbəylinin həyatı, fəaliyyəti, yaradıcılığı haqqında geniş məlumat verilib. Daha sonra Üzeyir Hacıbəylinin həyat və fəaliyyətini özündə əks etdirən sualları “Dügah”, “Humayun”, “Rast” komandalarının üzvləri böyük fəallıqla cavablandırıblar. Tədbirdə həmçinin Sumqayıt Musiqi Kollecinin tələbələrinin ifasında xalq musiqisindən nümunələr səslənib. Sonda Sumqayıt MKS-in Ehtiyat Fondun Təşkili və İstifadəsi şöbəsinin müdiri Nafilə Nəsirova tədbir iştirakçılarını “Musiqinin ad günü” adlı sərgi ilə tanış edib.

S.Vurğun adına Mərkəzi kitabxana S.Rüstəmov adına Uşaq incəsənət məktəbində “Milli Musiqinin bayramı” adlı səyyar sərgi təşkil edib. Sərgidə kitabxananın fondunda olan musiqiyə dair ədəbiyyatlar, disklər eyni zamanda azərbaycan və dünya ədəbiyyatını özündə əks etdirən kitablar nümayiş etdirilib. Sərgi musiqi məktəbinin kollektivi və şagirdləri tərəfindən böyük marağla qarşılanıb.

 

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib