Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
5696

Tahir Salahovun əsərləri dünya təsviri sənətinin inciləri sırasında yer alır

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dekabrın 14-də Bakı Ekspo Mərkəzində Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, dünya şöhrətli rəssam Tahir Salahovun 90 illik yubileyinə həsr edilən sərgi açılıb.

Görkəmli fırça ustasının rənglər dünyası ilə tanış olmaq üçün hər gün Bakı Ekspo Mərkəzinə cəmiyyətin müxtəlif təbəqəsindən ziyarətçilər gəlir və xoş təəssürat alırlar. Sərgi ilə bağlı təəssüratlarını bölüşən Bakı şəhər sakini Vaqif Nəsirov görkəmli rəssamın yaradıcılığından yüksək zövq aldığını bildirib: “Tahir Salahov böyük rəssamdır. Mən Tahir müəllimi şəxsən tanıyıram. Gənc yaşlarımdan onun əsərləri ilə maraqlanmışam. O, həqiqətən də, xalqına, millətinə layiqli insandır. Onun əsərlərinə baxdıqda dərin məna, yüksək sənətkarlıq müşahidə edirik. Bu sənət nümunələrində insan taleləri timsalında dünyaya, həyata baxışı və fəlsəfi düşüncələri rənglərin ən incə çalarları ilə dolğun ifadəsini tapıb. Bu gün biz də özümüzə borc bildik ki, gəlib bu sərgini ziyarət edək. Sərgidə nümayiş olunan hər bir əsər möhtəşəmdir. Burada bütün əsərlər özünəməxsusluğu və cəlbediciliyi ilə insanı məftun edir. Biz Tahir Salahovun simasında xalqımızın bütün görkəmli şəxsiyyətləri ilə qürur duyuruq”.

Sərgini rəhbəri odluğu 10 nömrəli Uşaq musiqi məktəbinin kollektivi ilə birgə ziyarət edən Qafar Nuriyev görkəmli rəssamın əsərləri ilə bağlı bildirib ki, Tahir Salahov bənzərsiz yaradıcılığı ilə zəngin mədəniyyət salnaməmizdə yeni səhifələr açıb: “Tahir müəllim milli sənət xəzinəmizin qızıl fondunda özünə həmişəlik layiqli yer tutan əsərləri ilə Azərbaycan təsviri sənətinə dünya şöhrəti qazandırıb. O, xalqımızın dahi sənətkarlarındandır. Yaradıcılığında görkəmli şəxsiyyətlərimizin obrazı hər zaman ön planda təqdim edilir. Sərgiyə baxdıqda da bunun bir daha şahidi oluruq. Onun mövzu, forma, janr əlvanlığı və estetik kamilliyi ilə seçilən ecazkar rəsmləri ülvi bəşəri dəyərlər və ali məqsədlər naminə humanist fikirləri təlqin edir. Ekspozisiyada yer alan ulu öndər Heydər Əliyev, Rəsul Rza, Rəşid Behbudov, Qara Qarayev, Fikrət Əmirov, Mirzə Ələkbər Sabir kimi görkəmli şəxsiyyətlərin portretinə baxdıqda mənəvi zövq aldım. Bu əsərlərin hər birinin özünəməxsus yüksək dəyərləri var. Sərginin təşkilində əməyi olan hər kəsə, xüsusilə dövlətimizin başçısına təşəkkür edirik”.

Ruhulla Axundov adına Mədəniyyət evinin rejissoru Vəfa Rəfiyeva qeyd edib ki, Tahir Salahovun Azərbaycan rəngkarlığının inkişafında bütöv bir dövrü təşkil edən əsərləri bu gün dünyanın mötəbər muzeylərində sərgilənir. Həmin əsərlərdən bir qisminin bu gün Bakıda nümayiş etdirilməsi olduqca təqdirəlayiqdir. Vəfa Rəfiyeva söyləyib ki, görkəmli rəssamın mühüm mədəni hadisəyə çevrilən fərdi sərgiləri Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliğində böyük rol oynayır: “Bir yanda sıralanan əsrarəngiz orijinal portretlər, digər tərəfdə onların xalçalar üzərinə həkk edilmiş sürəti bizi valeh etdi. Bu gün onun əsərlərinin canlı şahidi olmaq mənim üçün böyük xoşbəxtlikdir. Burada hər şey möhtəşəmdir. Ümumiyyətlə, ekspozisiya gözəl təşkil olunub. Bizə belə bir şərait yaratdığı üçün təşkilatçılara təşəkkür edirik”.

***

Bəli, Tahir Salahovun tabloları təkcə Azərbaycan incəsənətinin deyil, həm də dünya təsviri sənətinin inciləri sırasında qərarlaşır. Çoxşaxəli yaradıcılığa malik rəssamın əsərləri heyrətamiz xüsusiyyətlərə malikdir. Rəssamın sərgidə yer alan hər bir əsəri önündə xeyli düşünməli olursan. Bu səbəbdən də onun sərgisi həmişə bir mədəniyyət hadisəsinə çevrilir. İnsanlar Tahir Salahovun əsərlərinə baxmaqdan doymur və ona olan sonsuz sevgilərini ifadə etməkdən yorulmurlar. Buna görə də sənətkarın yaradıcılığına olan sonsuz sevgi yüzlərlə insanı Bakı Ekspo Mərkəzində bir araya toplayır.

Sərginin ekspozisiyasında Tahir Salahovun şəxsi kolleksiyasından, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarından seçilmiş 80-dək xalça, 40-dək rəngkarlıq və rəsm əsəri, eləcə də 350-dək fotoşəkil nümayiş olunur. Dörd min kvadratmetrlik sahəni əhatə edən ekspozisiyada rəssamın yaradıcılığının bütün dövrlərini əks etdirən əsərləri yer alır. Sərgidə təqdim olunan fotoşəkillər Tahir Salahovun dünyanın məşhur elm, incəsənət və dövlət xadimləri ilə görüşlərini, onun həyatının maraqlı anlarını əks etdirir. Burada sərgilənən “Heydər Əliyevin portreti”, “Qədim Bakı”, “Vyana stulu ilə natürmort”, “Fikrət Əmirovun portreti”, “Mirzə Ələkbər Sabirin portreti”, “Rəsul Rzanın portreti” və daha neçə-neçə peyzaj və natürmortlar diqqəti xüsusilə cəlb edir.

Tahir Salahov həm də Azərbaycan incəsənətinin çoxəsrlik ənənələrini Avropa boyakarlıq məktəbinin nailiyyətləri ilə birləşdirib. Böyük sənətkar haqlı olaraq təsviri incəsənətin canlı klassiki və bütöv bir üslubun banilərindən biri hesab edilir. Onun əsərləri dünya mədəniyyəti xəzinəsinə, XX və XXI əsrlərin təsviri incəsənətinin qızıl fonduna daxildir.

 

XƏBƏRLƏR

24.01.2022 15:35
“Nizami Gəncəvi-880” xatirə döş nişanının təqdimetmə mərasimi keçirildi
21.01.2022 10:54
Filarmoniyada şəhidlərin xatirəsinə həsr olunan musiqi axşamı
19.01.2022 13:32
Özbəkistanda tanınmış yazıçımız Əzizə Cəfərzadəyə dair “Aləmdə səsim var mənim” adlı layihə həyata keçirilir
18.01.2022 17:32
Mədəniyyət Nazirliyinin kollegiya iclası keçirildi
18.01.2022 14:46
Filarmoniyada Xalq artisti Azər Dadaşovun 75 illik yubileyinə həsr olunmuş gecə keçirilib
18.01.2022 14:38
Prezident İlham Əliyev xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında iştirak edib
17.01.2022 16:54
Narkomaniya mövzusunda videoçarx ssenariləri müsabiqəsinin nəticələri elan olunub
17.01.2022 11:28
“Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabının təqdimatı keçirildi
17.01.2022 11:21
“Filming Azerbaijan” “Dubai Expo 2020”də təqdim olundu
14.01.2022 17:44
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev gənc teatr xadimləri ilə görüş keçirib
14.01.2022 15:33
Layihə yönlü fəaliyyət idarəçiliyin təkmilləşdirilməsinə və gücləndirilməsinə xidmət edir
13.01.2022 18:42
“Mədəniyyət/Culture” jurnalı oxucularla görüşə gəlib
13.01.2022 14:14
Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın növbəti toplantısı keçirildi
11.01.2022 14:13
“Euronews” Azərbaycanın xalq mahnıları və rəqsləri barədə süjet hazırlayıb
10.01.2022 16:07
Tarix və mədəniyyət abidələrinin qorunması, bərpası və təbliği ilə bağlı mühüm işlər görülüb
01.01.2022 10:18
İncəsənət xadimlərinə “Nizami Gəncəvi-880” xatirə nişanları təqdim olundu
30.12.2021 13:26
Tələbə aktyorların ifasında Nizami dünyasına açılan “Beş qapı”
29.12.2021 14:39
“Böyük Qayıdış”: Mədəniyyət
29.12.2021 11:11
Mədəniyyət Nazirliyi 2021-ci il üzrə hədəflərinə dair nəticələri ictimaiyyətə açıqladı
28.12.2021 17:50
“Qarabağ ilmələrdə” sənədli filmi təqdim olundu
28.12.2021 16:59
“Nizami Gəncəvinin 880 illiyi (1141–2021)” xatirə nişanları təqdim olunub
28.12.2021 15:50
Dubai Expo-2020 layihəsi çərçivəsində "Azərbaycan ritmləri və rəqsləri" adlı proqram təqdim olundu
28.12.2021 12:13
"Nizami Gəncəvi. Xəmsə" kitabının təqdimatı keçirildi
27.12.2021 12:15
Azərbaycan Dövlət Kukla Teatrının 90 illik yubileyi qeyd olundu
27.12.2021 12:09
“Kreativ Azərbaycan Könüllüləri” Hərəkatının təqdimatı keçirilib
27.12.2021 11:29
Prezident təqaüdçüləri və istedadlı gənclərin dövlət başçısının yubileyinə musiqi töhfəsi
24.12.2021 16:28
“İlham Əliyev və musiqi mədəniyyəti” kitabının təqdimatı keçirildi