Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1587

“Tarixi bilgilərin mədəniyyətin inkişafında rolu” mövzusunda növbəti seminar təşkil edilib

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin “Mədəniyyət naminə elm” layihəsi çərçivəsində silsilə tədbirləri davam edir. Bu tədbirlər mədəniyyət siyasətinin həyata keçirilməsində elmi potensialın artırılmasına, əməkdaşların elmi səviyyəsinin yüksəldilməsinə xidmət edir.

Bununla bağlı sentyabrın 20-də Əzim Əzimzadənin xatirə muzeyində “Mədəniyyət naminə elm” layihəsi çərçivəsində növbəti elmi seminar keçirilib. Muzeyin təşkilati dəstəyi ilə baş tutmuş seminar “Tarixi bilgilərin mədəniyyətin inkişafında rolu” mövzusuna həsr olunub.

Tədbirdən əvvəl seminar iştirakçıları üçün muzeydə ekskursiya təşkil olunub. Seminarı muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru İradə Əzimzadə açaraq Əzim Əzimzadənin həyat və yaradıcılığından, muzeyin fəaliyyətindən və əldə edilən nailiyyətlərdən danışıb.

Mərkəzin elmi katibi Cavid Əliyev seminarda qarşıya qoyulan məqsədlərdən bəhs edib.

Tədbirdə fəlsəfə üzrə fəlsəfə doktoru Paşa Quluzadənin “Tarixi bilgilərin mədəniyyətin inkişafına təsiri”, mərkəzin əməkdaşları Nurəddin Babazadənin “Tarixin mədəniyyətə təsiri” və Ceyhun Əhmədovun “Hibrid düşünmə sənəti” mövzularında məruzələri dinlənilib.

Sonda mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev muzey rəhbərliyinə və seminar iştirakçılarına təşəkkürünü bildirib. Layihənin əhəmiyyətini vurğulayan A.Usubəliyev qeyd edib ki, “Mədəniyyət naminə elm” silsiləsinin əsas məqsədi respublikanın elmi potensialını mədəniyyət sahəsinin inkişafına yönəltməkdir. O, bu cür tədbirlərin gələcəkdə də mütəmadi olaraq keçiriləcəyini nəzərə çatdırıb.

Tədbir sual-cavab formatında davam etdirilib. İştirakçılar mövzu ilə bağlı fikir və mülahizələrini bildirib, onları maraqlandıran suallar ətrafında fikir mübadiləsi apardılıb.

XƏBƏRLƏR

23.05.2020 17:48
"15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş müsabiqə elan edilib
23.05.2020 17:33
Peşə etikasının yeni prinsipləri
23.05.2020 17:02
Beynəlxalq Muğam Mərkəzində gənc ifaçıların konserti təqdim edilib
23.05.2020 16:18
“Global message” adlı virtual sərgi keçirilib
23.05.2020 16:13
Beynəlxalq Muğam Mərkəzi "Qədim alətlərimiz" rubrikasından Şahrud aləti haqqında mühazirəni təqdim edib
22.05.2020 14:56
Seyid Əzim Şirvaninin qəzəllərinin özbək dilinə tərcüməsi başa çatıb
22.05.2020 14:32
“Koronavirus: yeni mədəni paradiqmalar” beynəlxalq videokonfrans
22.05.2020 10:31
“Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib
20.05.2020 18:56
Mədəni konsaltinq xidmətləri davam edir
20.05.2020 18:48
“Müsyo Jordan və dərviş Məstəli şah” tamaşası bu dəfə onlayn göstəriləcək
20.05.2020 15:10
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Kino Şurası yaradılıb
20.05.2020 14:42
“AZƏRBAYCANIM” III Respublika Uşaq Rəsm Festivalı çərçivəsində elan olunmuş müsabiqə üçün qeydiyyat başa çatıb
20.05.2020 10:53
Səsi və ifası ilə yaddaşlarda yaşayan Həqiqət Rzayeva
19.05.2020 17:49
Mədəniyyət Nazirliyində videokonfrans keçirilib
19.05.2020 12:37
Beynəlxalq Muğam Mərkəzindən növbəti canlı efir Xalq artisti Arif Babayevə həsr olunub
19.05.2020 11:26
“Minnətdarıq” adlı respublika rəsm müsabiqəsinə qeydiyyat yekunlaşıb
19.05.2020 11:19
Xalq şairi Rəsul Rza haqqında “Azərbaycanın novator şairi” adlı videoçarx təqdim edilib
18.05.2020 18:56
“Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” mövzusunda onlayn beynəlxalq konfrans keçirildi
18.05.2020 18:11
Vikipediyada Laçın rayonu haqqında özbək dilində bölmə istifadəyə verilib
18.05.2020 18:07
Azərbaycan Dövlət Rəsm Qalereyası növbəti videokonfrans keçirib
18.05.2020 10:35
18 may - Beynəlxalq Muzeylər Günüdür
17.05.2020 15:37
Milli Kitabxana “Əbdürrəhim Bəy Haqverdiyev -150” adlı daycesti virtual rejimdə təqdim edib
15.05.2020 18:01
Quba rayon Tarix-Diyarşünaslıq Muzeyinin 85 yaşı tamam olur
15.05.2020 17:18
“Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” adlı onlayn beynəlxalq konfrans təşkil olunacaq