Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
360

“Tarixi şəxsiyyətlər” jurnalının Özbəkistana həsr edilən nömrəsinin Daşkənddə təqdimatı olub

Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Prezident Şavkat Mirziyoyevə və Özbəkistana həsr olunan “Tarixi şəxsiyyətlər” jurnalının təqdimat mərasimini keçirib.

Xatırladaq ki, Bakıda çap olunan “Tarixi şəxsiyyətlər” jurnalı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi 2019-cu ildə “İlin adamı” elan edib.

Tədbirdə Özbəkistanın Xarici İşlər naziri Əbdüləziz Kamilov, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, nazirlər, deputatlar, səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, jurnalistlər iştirak ediblər.

Mərasimi Hüseyn Quliyev açaraq bildirib ki, Özbəkistan vətəndaşlarının həyatında baş verən köklü dəyişikliklər bilavasitə Prezident Şavkat Mirziyoyevin həyata keçirdiyi islahatlarla bağlıdır. Ötən il Özbəkistanın həyatında daha bir köklü dəyişiklik baş verib. Belə ki, Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının tamhüquqlu üzvü olub. Özbəkistanın bu təşkilata üzv olması gələcəkdə türk dövlətlərinin möhkəmlənməsinə, dünyada baş verən siyasi, iqtisadi sarsıntılara birgə sinə gərməyə xidmət edəcək.

Səfir vurğulayıb ki, Özbəkistanın Naxçıvan sazişini paraflaması və Türk Şurasına üzv olması Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Dövlətlərimizin xarici siyasətində Azərbaycanla Özbəkistan arasında dostluğun və qarşılıqlı inamın möhkəmlənməsi ön plandadır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Şurası çərçivəsində Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib: “Başlıcası, Siz Özbəkistanın həmişə - əvvəllər də, indi də Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bilirsiniz və Siz buna əmin olmalısınız. Bu, bizim səmimi arzumuzdur. Çünki Azərbaycanın ərazi bütövlüyü çox mühümdür. Hər şey sülh yolu ilə olmalıdır, Birləşmiş Millətlər Təşkilatının bütün qərarları yerinə yetirilməlidir. İlham Heydər oğlu, biz bunu həmişə dəstəkləmişik və gələcəkdə də mütləq dəstəkləyəcəyik”.

Səfir deyib ki, Özbəkistanın dünya miqyasında siyasi və iqtisadi nüfuzunun yüksəldilməsi sahəsindəki böyük əməyinə, Azərbaycanla Özbəkistan arasında dostluq münasibətlərinin inkişafı istiqamətindəki xidmətlərinə görə Bakıda çap edilən “Tarixi şəxsiyyətlər” jurnalının redaksiya heyəti Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi 2019-cu ildə “İlin adamı” elan edib.

XƏBƏRLƏR

31.03.2020 14:39
31 mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı
30.03.2020 14:47
Lənkəran Dövlət Dram Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
30.03.2020 12:54
Rəqəmsal mühitdə yeni mədəni xidmətlər
30.03.2020 10:15
Bu gün görkəmli aktrisanın 75 yaşı tamam olur
29.03.2020 10:09
Mədəniyyət Nazirliyi yeni layihəyə start verib
28.03.2020 10:06
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib
27.03.2020 18:21
Rauf Yusuf oğlu Babayev
26.03.2020 17:38
Əməkdar rəssam Rəşid Həsənov (Şerif) vəfat edib
26.03.2020 15:43
Mərkəzi İncəsənət məktəbində “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişlərinə start verildi
26.03.2020 14:04
Milli İncəsənət Muzeyi onlayn iş rejiminə keçib
26.03.2020 14:01
“Yuğ” Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
25.03.2020 13:55
Teatr Xadimləri İttifaqı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
25.03.2020 13:42
“Bizi birləşdirən mədəniyyət” layihəsinə start verilir
23.03.2020 14:27
Əbülfəs Qarayev Mədəniyyət Nazirliyinin rəsmi facebook səhifəsi vasitəsilə ictimaiyyətə müraciət ünvanlayıb
23.03.2020 10:39
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
19.03.2020 17:38
Mədəniyyət naziri Novruz bayramı münasibətilə ölkəmizin mədəniyyət ictimaiyyətini təbrik edib
19.03.2020 14:12
“Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində Gəncə şəhəri haqqında videoçarx hazırlanıb