Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3141

Ümummilli lider Heydər Əliyevin 95 illiyi münasibətilə X Ümumrespublika kitab bayramı keçirilib

Sumqayıt şəhərində keçirilən kitab bayramında ümummilli lider Heydər Əliyevə, Azərbaycan tarixinə, Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş kitablar, o cümlədən müxtəlif elm sahələrini: bədii ədəbiyyat, uşaq ədəbiyyatı, klassik və müasir yazarlarımızın, dünya ədəbiyyatı klassiklərinin əsərlərini əhatə edən sərgilər iştirakçılara təqdim olunub. Tədbirdə MKS-in kitabxana filialları, mədəniyyət və təhsil müəssisələri, AYB, Əli Kərim adına Poeziya klubu, ədəbi mühit və media nümayəndələri iştirak edib.

Kitab bayramına qatılan Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov sərgilərlə yaxından tanış olub və çıxış edərək bildirib ki, belə tədbirlərin təşkili mütaliəyə diqqəti artırır, yeniyetmə və gənclərin mütaliə vərdişlərinin inkişaf etdirilməsində müstəsna rol oynayır. İdarə rəisi bayram iştirakçılarını, kitabxanaçıları və oxucuları təbrik edib, onlara xoş arzularını çatdırıb.

Qeyd edək ki, bayram münasibətilə gün ərzində kitab sərgiləri ilə tanışlıq, ayrı-ayrı saatlarda tanınmış yazarlarla görüş, kitab təqdimatları, balaca oxucular üçün kukla teatrının tamaşası, əyləncəli viktorinalar təşkil edilib. Bayram iştirakçıları Şəhər Mədəniyyət Evinin “Xəzər ulduzları” rəqs qrupunun, “Narbala” kukla teatrının və ayrı-ayrı müğənnilərin çıxışlarını izləyib, ulu öndər Heydər Əliyevə, Azərbaycan Xalq Cümhuriyyətinə, kitaba həsr olunmuş kompozisiyaları izləyiblər.

Abşeron rayon Mərkəzi Kitabxanasının qarşısında keçirilən bayram tədbirində  “Heydər Əliyev irsi”, “Doğma Abşeronum”, “Salam Azəbaycan əsgəri”, Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş “Vətən sənə oğul dedi”, “Od parçası” ədəbi məclisi və “Çıraq” poeziya klubu, “Şifahi xalq ədəbiyyatı”, “Uşaq ədəbiyyatı”, “Klassik ədəbiyyat”, “Tarix”, “Müasir ədəbiyyat”, “Qan yaddaşımız”, “Mədəniyyət”, “Kağızdan əl işləri” və s. başlıqlı sərgilər, böyük şəxsiyyətlərin portretləri nümayiş olunub. Tədbir iştirakçılarını ilk olaraq Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayonu üzrə baş məsləhətçisi İlham Manafov salamlayaraq idarə rəisi Mehman Şükürovun təbriklərini çatdırıb. Abşeron rayon MKS-in direktoru Məlahət Abdullayeva, “Xarı bülbül” ədəbi məclisinin sədri  şairə Aybəniz Qafarlı, Qarabağ müharibəsinin iştirakçı, şair Nurəddin Mirzəxanlı, “Maarif” və “Kövsər” nəşriyyatlarının redaktoru, şair Hafiz Rüstəm, və digərləri çıxış ediblər.  Gün ərzində tədbirdə aşıq mahnıları, şeirlər dinlənilib, rəngarəng musiqi nömrələri ifa edilib.

Zəngilan rayon MKS-in qarşısında gerçəkləşən kitab bayramında Sumqayıt Regional Mədəniyyət İdarəsinin Zəngilan rayonu üzrə baş məsləhətçisi Mehman Nəsirov, “Sehirli Dünya” jurnalının baş redaktoru Gülzar İbrahimova, Zəngilan rayonunun şair və yazıçıları, ziyalıları, rayon Ağsaqqallar Şurasının sədri və rayon Musiqi məktəbinin kollektivi  iştirak ediblər. Qonaqlar nümayiş olunan kitab sərgiləri ilə yaxından tanış olub, bayram iştirakçılarını təbrik edərək xoş arzularını çatdırıblar.

Qubadlı rayon Mərkəzi Kitabxanası tərəfindən təşkil olunan bayram tədbirində  ulu öndər Heydər Əliyevə, Azərbaycan Xalq Cümhuriyyətinə və Qarabağın tarixinə  həsr olunmuş sərgilər, o cümlədən, Prezident İlham Əliyevin fəaliyyəti əks etdirən ədəbiyyatlar, “Mehriban xanım Əliyeva –XXI əsrin böyük qadını”, “Mir Cəlal-110, “Yeni kitablar”, “Azərbaycan tarixi” , başıqlı sərgilər, insan hüquqlarına dair ədəbiyyatlar, ensiklopediya və lüğətlər, Süleyman Rəhimov, Əli Vəliyev, Əli İldırımoğlu, Cəlal Bərgüşad, Əliağa Aslan, Firdovsi Cəfərxan və müasir yazarların əsərləri, həmçinin, oxucuların əl işləri və rəsm əsərləri nümayiş olunub. Tədbirdə Qubadlı rayon icra hakimiyyətinin başçısı Malik İsaqov istirak edib, nümayiş olunan sərgi ilə yaxından tanış olub, bayram iştirakçılarını təbrik edib.

Şuşa rayon Mərkəzi kitabxanası tərəfindən keçirilən bayram tədbirində  mədəniyyət işçiləri, təhsil işçiləri, məktəblilər, həmçinin rayon ictimaiyyəti iştirak edib. Tədbiri giriş sözü ilə MKS-nin direktoru Gülsarə Abbasova açaraq bayram münasibəti ilə iştirakçıları təbrik edib və tədbirin təşkil olunmasında əməyi olan hər kəsə öz təşəkkürünü bildirib. Tədbirdə rayon İcra Hakimiyyətinin Humanitar şöbəsinin baş məsləhətçisi Natiq Mahmudov, Sumqayıt Regional Mədəniyyət idarəsinin Şuşa rayonu üzrə baş məsləhətçisi Zahid Abbasov, və digərləri cıxış edərək tədbir iştirakçılarını təbrik ediblər. Tədbirdə ulu öndər Heydər Əliyevə həsr olunmuş sərgi nümayiş olunub,  kitabxananın fəal oxucularının ifasında  Ulu öndərə həsr olunmuş şerlər dinlənilib. Bayram tədbiri Şuşa rayon Mədəniyyət Mərkəzinin “Şuşanın dağları” ansamblının iştirakı ilə hazırlanmış bayram konserti ilə yekunlaşıb.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib